“Bu gün Ukraynanın yenidən doğulmasına kömək etməliyik. Kiyevdə olanda mən təkrar etdim ki, İtaliya Ukraynanın Aİ-də (Avropa İttifaqında-red) olmasını istəyir, amma bütün üzv dövlətlər bunu istəmir”.

Bunları İtaliyanın Baş naziri Mario Draqi deyib.

Draqinin sözlərinə görə, Aİ-nin genişlənməsi ittifaqa sülh və sabitlik bəxş edib.

“Kiyevə dəstəyimiz həm də ölkənin yenidən qurulmasına sadiqlikdir. İtaliya hökuməti Ukraynanı dəstəkləməyə davam etmək niyyətindədir, çünki bu parlament bizə mandat verib”, – Baş nazir deyib.

“İtaliyanın Aİ və G7-dəki müttəfiqləri ilə razılaşmış strategiyası iki istiqamətdə hərəkət edir: – biz Ukraynanı dəstəkləyirik və Rusiyaya qarşı sanksiyalar tətbiq edirik ki, Moskva hərbi əməliyyatları dayandırsın, həqiqətən də danışıqlar masasına oturmağa razı olsun”, – İtaliya hökumətinin başçısı qeyd edib.

İstinadlar Report