
Fransanın parlamentində sağçı “Milli Birlik” partiyasının fraksiya lideri Marin Le Pen Pa-de-Kale departamentinin müşaviri vəzifəsindən kənarlaşdırılmasına etiraz edib.
Bu barədə onun partiyasının üzvü Stiv Briua sosial şəbəkələrdə bildirib.
“Marin Le Pen hələ də departamentin müşaviridir. İnzibati məhkəməyə qərarın dayandırılması tələbi ilə apellyasiya şikayəti verilib”, – deyə o qeyd edib.
Beləliklə, apellyasiya məhkəməsinin qərarı çıxarılana qədər Le Pen bu vəzifəni tutmağa davam edəcək.