Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Belarusun “Dinamo” (Brest) klubunun idarə heyətinə sədr seçilib

Bu barədə klubun saytı məlumat yayıb.
Onunla 3 illik müqavilə imzalanıb.O, “Dinamo”nun strateji inkişaf məsələləri ilə məşğul olacaq, habelə, bütün struktur bölmələri, o cümlədən, uşaq futbolu akademiyası ilə qarşılıqlı əlaqədə çalışacaq. Maradona vəzifəsinin icrasına Rusiyadakı dünya çempionatı yekunlaşdıqdan sonra başlayacaq.

İstinadlar Qol-az