Zaporojye atom elektrik stansiyasında (AES) son dərəcə narahatedici vəziyyət yaranıb. Hərbi əməliyyatlar hər an nüvə fəlakətinə səbəb ola bilər.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi bu barədə BMT Təhlükəsizlik Şurasının üzvlərinə xəbərdarlığında deyib.

BMT Təhlükəsizlik Şurasında çıxış edən MAQATE rəhbəri Zaporojye AES ətrafında yaranmış vəziyyətdən ciddi narahatlığını bildirib.

“Hazırda atəş və ya digər hərbi əməliyyatlar nəticəsində nüvə təhlükəsizliyinə birbaşa təhlükə yoxdur. Amma vəziyyət hər an dəyişə bilər”, – Rafael Mariano Qrossi deyib.

O vurğulayıb ki, belə bir nüvə obyekti ətrafında hərbi əməliyyatlar dayandırılmalıdır, əks halda nəticələr son dərəcə ağır ola bilər.

İstinadlar Report