Rusiyada təyyarə qəzaya uğrayıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Maqadan şəhərində havaya qalxan An-2 təyyarəsi müəyyən yüksəkliyə qalxa bilmədiyi üçün sərt eniş edib və yerə çırpılıb.

Təyyarədə 14 nəfər olub, onlardan ikisi ekipaj üzvüdür.

Hadisə nəticəsində yaralanan iki nəfər xəstəxanaya yerləşdiriliblər.

İstinadlar Report