Maqadanda beşmərtəbəli binanın mənzilində baş vermiş yanğında bir qadın və üç uşağın ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə Rusiya İstintaq Komitəsinin Maqadan vilayəti üzrə İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

“RF CM-nin 109-cu maddəsinin 3-cü hissəsi ilə (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb. İlkin məlumata görə, noyabrın 7-də saat 09:37-də (Bakı vaxtı ilə 02:37) “112” xəttinə Maqadanda Reçnaya küçəsi, 65 nömrəli evin beşinci mərtəbəsində yerləşən mənzildə yanğın olması barədə məlumat daxil olub. Yanğının söndürülməsi zamanı 1991-ci il təvəllüdlü qadının və 6-10 yaş arası üç azyaşlı uşağın meyiti aşkar edilib”, – idarədən bildirilib.

İstinadlar Report