Prezident İlham Əliyev Milli Məclisin “Gömrük tarifi haqqında” qanuna etdiyi dəyişiklikləri təsdiqləyib.

Dəyişikliklərə əsasən malların buraxılışı ilə bağlı gömrük orqanına daxil olan müraciətə 1 gün müddətində baxılacaq.

Aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı malların buraxılışını həyata keçirir:

– gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

– gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə təminat verilməli;

– bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

İstinadlar Report