
Malidə silahlılar avtomobil karvanına hücum edib, onlarla mülki şəxs həlak olub.
Bu barədə Mali Ordusunun sözçüsü Souleymane Dembele “Associated Press” agentliyinə bildirib.
Hadisə nəticəsində azı 25 mülki şəxs ölüb, 13 nəfərin xəstəxanaya aparıldığı deyilir.
Qeyd edilir ki, bu, 2025-ci ildə mülki şəxslərə qarşı ən ölümcül hücum olub.