Rusiyanın “Su-25” hərbi təyyarəsinin Malinin Qao şəhərində hava limanında qəzaya uğraması nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.

Məlumatı Rusiya KİV-i yayıb.

Qeyd edək ki, bu ilin yanvarında Fransa mətbuatı Rusiyanın 400-ə qədər muzdlu hərbçisinin Malidə yerləşdiyi barədə məlumat yayıb. Onların “Vaqner” Xüsusi Hərbi Komandanlığına məxsus döyüşçülərin olduğu ehtimal olunur.

İstinadlar Report