Malidə BMT sülhməramlılarının konvoyu minaya düşüb

Hadisə Mopti şəhəri yaxınlığında qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində 4 sülhməramlı ölüb, daha 4-ü ağır yaralanaraq hospitala çatdırılıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.