
BMT-nin Malidə sabitləşmə üzrə çoxprofilli kompleks missiyasına (MİNUSMA) məxsus avtomobilə hücum edilib.
Bu barədə BMT missiyasının məlumatında bildirilib.
Hadisə Malinin şimal-şəqində, Tesalı şəhərinin ətrafında baş verib. Belə ki, missiyanın yanacaq daşıyan avtomobilinə edilən bomba hücumu nəticəsinə iki sülhməramlı yaralanıb.