Mali hökuməti keçən həftə terrorçularla döyüşlər zamanı canlı qüvvə və texnika baxımından xeyli itki verdiyini etiraf edib.

Bu barədə Mali Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.

“İyulun 19-dan Mali Silahlı Qüvvələri Afarak və Tinsauaten yaşayış məntəqələrində (ölkənin şimal-şərqində, Əlcəzairlə sərhəd yaxınlığında) vəziyyətin sabitləşdirilməsi əməliyyatlarında iştirak edib”, – məlumatda deyilir.

Qeyd olunur ki, bundan sonra hərbçilər yaraqlıların reketçilik, soyğunçuluq və ölkənin şimal şəhərlərini təmin etmək üçün göndərilən logistik konvoyların hərəkətini blokladığı Tinsauatenin azad edilməsini hədəf seçiblər

Bununla belə, döyüş bölgəsindəki qum fırtınası şəraitində terrorçular yenidən qruplaşa və əhəmiyyətli dərəcədə möhkəmlənə biliblər.

Eyni zamanda, Baş Qərargah Mali Silahlı Qüvvələrinin sıralarında ölən və yaralananların dəqiq sayını açıqlamayıb.

İstinadlar Report