Maldiv adalarında növbəti parlament seçkilərində səsvermə keçirilir.

Yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə 07:00) ölkə üzrə 600-dən çox seçki məntəqəsi açılıb və saat 17:30-da (Bakı vaxtı ilə 16:30) bağlanacaq. Bundan sonra səslərin hesablanmasına başlanacaq. Seçkilərin nəticələrinin yeddi gün ərzində açıqlanması planlaşdırılır.

Ada dövlətinin seçki komissiyası bildirib ki, hazırda ölkədə, demək olar, 285 min səsvermə hüququna malik vətəndaş var. Onlar 93 seçki dairəsində Maldiv adalarının Xalq Məclisinin (birpalatalı) üzvlərini seçəcəklər. Yeddi siyasi partiyadan 368 namizəd, o cümlədən bitərəflər deputat mandatı uğrunda mübarizə aparır.

İstinadlar Report