Maldiv Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə və hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafına maraq göstərir.

Nazirlikdən bildirilib ki, Maldiv adalarının müxtəlif sektorlarda investisiya imkanlarının nümayiş etdirilməsinə yönəlmiş İnformasiya Forumunda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Forumda bərpa olunan enerji, ətraf mühit, mənzil, infrastruktur, daşınmaz əmlak, davamlı turizm, logistika, nəqliyyat və aviasiya kimi sektorlarda investisiya imkanlarına diqqət yetirilib.

İstinadlar Report