“Azərbaycan Prezidenti İlham Əliyev çox xarizmatik və uzaqgörən Liderdir”.

Bunu Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ahmad Kamrizamil Bin Mohd Rza dekabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edən zaman deyib.

Diplomat bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanda səfir təyin olunmasından şərəf hissi duyur. O, dövlətimizin başçısının çox xarizmatik və uzaqgörən bir Lider olduğunu vurğulayıb.

Ahmad Kamrizamil Bin Mohd Rza əlaqələrimizin genişləndirilməsi üçün səylərini əsirgəməcəyini bildirib.