Fransa Prezidenti Emmanuel Makronun reytinqi 2022-ci ilin yazında ikinci müddətə seçildikdən sonra ən aşağı səviyyəyə düşüb.

“Les Echos” nəşri xəbər verir ki, bu məlumatlar “Elabe” sosioloji xidmətinin araşdırmasında yer alıb.

Beləliklə, 2024-cü ilin iyununda Makronun reytinqi 24%-ə düşüb.

Nəşr xatırladıb ki, Makrona etimad səviyyəsi 2018-ci ilin dekabrında, onun  birinci prezidentliyi dövrlərdə də bir dəfə ən aşağı səviyyəyə (23%-ə) enmişdi.

Öz növbəsində respondentlərin cəmi 29%-i Qabriel Attalın Baş nazir kimi fəaliyyətini bəyənir ki, bu da ötən ayla müqayisədə 4% azdır.