Fransa hakimiyyəti Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasındakı telefon danışığına dair məlumatların ölkə mətbuatında yayımlanmasını araşdırır.

“Hər hansı bir daxili məxfi sənədlərin xaricə sızması qəbuledilməzdir. Bu səbəbdən şərh verməkdən çəkinirik. İstintaq davam edir. Respublika prezidentinin Rusiya ilə qurmaq istədiyi dialoq, təhlükəsizliyimizlə əlaqəli bütün məsələlərin səmimi və tələbkarlıq ruhunda həll edilməsinə yönəldilib və bu ruhda davam edəcək” deyə, o bildirib.

Qeyd edək ki, Fransa qəzeti “Le Monde” mənbələrə istinad edərək sentyabrın ortalarında Putin və Makron arasında baş tutan telefon danışığının bəzi detallarını dərc edib.

İstinadlar Report