Fransa və ABŞ prezidentləri Emmanuel Makron və Cozef Bayden arasında telefon danışığı olub.

Bu barədə Yelisey Sarayının məlumatında deyilir.

Telefon danışığı zamanı Avstraliyanın fransız sualtı qayıqlarını almaqdan imtina etməsi məsələsi ilə bağlı müzakirələr aparılıb.

Dövlət başçılarının etimadı təmin edən şəraiti yaratmaq, dərin məsləhətləşmələrə başlamaq və ümumi məqsədlərə çatmaq üçün konkret tədbirlər təklif etmək qərarına gəldikləri qeyd olunur.

İstinadlar Report