Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda polis tərəfindən qaradərili fransızın döyülməsini pisləyib və hökumətdən əhali arasında hüquq-mühafizə orqanlarının əməkdaşlarına etibarının artırılması üzrə təkliflər irəli sürməyi tələb edib.

O, bununla bağlı fikirlərini özünün feysbukdakı səhifəsində yazıb.

“Mişel Seklerə hücum kadrları, hansılar ki, hamımız gördük – qəbuledilməzdir. Onlar bizi biabır edirlər, – o feysbukda yazıb.

“Hökumətdən fransızlar və onları müdafiə edənlər arasında etimad zəncirinin mövcud olmasını təsdiqləmək və hər cür ayrı-seçkiliklə daha təsirli mübarizə aparmaq üçün dərhal təkliflər verməsini xahiş edirəm”, – o deyib.

Fransa lideri bildirib ki, hakimiyyət nifrət və irqçiliyin çiçəklənməsinə imkan verməməlidir. O, bəzi asayiş keşikçilərinin zorakılığının qəbuledilməz olduğunu deyib.

İstinadlar Report