Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Parisin rəqəmsal vergisinə cavab olaraq tətbiq etdiyi ticarət rüsumları üzrə planları barədə danışıqlar aparıblar.

Bu barədə Fransa lideri özünün “Twitter”dəki səhifəsində bildirib.

“Donald Trampla rəqəmsal vergi haqqında əla müzakirə. Biz rüsumlar sahəsində eskalasiyadan qaçmaq üçün yaxşı razılaşma üzərində birlikdə işləyəcəyik”, – Fransa prezidenti yazıb.

Tramp İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OESR) çərçivəsində danışıqlar bitməyincə ticarət rüsumlarını tətbiq etməməyə razılaşıb.

İstinadlar Report