Ukrayna böhranının həlli üçün danışıqlar hələ də mümkündür və sülh müqaviləsi münaqişənin hər iki tərəfinə uyğun olmalıdır.

Bu fikirləri Fransa Prezidenti Emmanuel Makron ABC telekanalına müsahibəsində bildirib.

“Danışıqlar masasına qayıdıb nəyisə razılaşdırmaq mümkündürmü? Məncə, bu, hələ də mümkündür”, – o deyib.

“Yaxşı sülh başqaları tərəfindən Ukraynaya veriləcək sülh deyil. Yaxşı sülh orta və uzunmüddətli perspektivdə tərəflərdən birinin imtina edəcəyi sülh deyil”, – E.Makron əlavə edib.

İstinadlar Report