
Fransa lideri Emmanuel Makron ölkə hərbçiləri qarşısında çıxışında Avropanı “oyanmağa” və ABŞ Prezidenti Donald Trampın hakimiyyətə qayıtması ilə əlaqədar müdafiəyə daha çox pul xərcləməyə çağırıb.
“Amerikalı müttəfiqimiz döyüş gəmilərini Aralıq dənizindən çıxarsa, sabah Avropada nə edəcəyik?”, – o soruşub. Makron iddia edib ki, Rusiya-Ukrayna müharibəsi “sabah və ya ertəsi gün” bitməyəcək. “Gəlin özümüzü aldatmayaq”, – o deyib.