Fransa prezidenti Emmanuel Makron avqustun 14-də “Rafale” qırıcılarının toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib.
Bu barədə Fransa lideri “X” sosial şəbəkəsində yazıb.
“Kapitan Sebastien Mabir və leytenant Matis Loransın “Rafale” təyyarəsində təlim uçuşu zamanı qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik”, – paylaşımda qeyd edilir.