
Fransa prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qəzza bölgəsinə uzunmüddətli sahiblik təşəbbüsünün Paris üçün qəbuledilməz olduğunu bildirib.
Bunu o, CNN telekanalına müsahibəsində bildirib.
“Qəzza boş ərazi deyil, iki milyon insanın yaşadığı və qalmaq istədiyi bir torpaqdır”, – BFMTV Makrondan sitat gətirib.
Onun sözlərinə görə, Qəzza zolağı üçün “Fələstin xalqının öz dövlətinə sahib olmaq istəyinə hörmət edən” siyasi həll yolu tapmaq lazımdır. O, həmçinin Misir və İordaniyanın suverenliyinə hörmət etməyə çağırıb.