Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, Ukraynaya yardım, Avropa liderlərinin mayın 12-dən tətbiq etməyi təklif etdiyi 30 günlük atəşkəsdən asılı olmayaraq davam etməlidir.

Bu barədə o, BFMTV telekanalının canlı yayımladığı Kiyevdəki mətbuat konfransında bildirib.

“Biz bazar ertəsindən etibarən heç bir ilkin şərt olmadan atəşkəsin tətbiq ediləcəyindən çıxış edirik. Bundan sonra davamlı sülhün bütün şərtləri müzakirə olunacaq. Bu, məhz sülh haqqında müzakirəni strukturlaşdıracaq. Lakin bu, atəşkəs üçün ilkin şərt deyil”, – Makron vurğulayıb.

Onun sözlərinə görə, Ukraynaya təcili yardım davam etdirilməlidir. “Sonra müəyyən mənada ilk təhlükəsizlik zəmanəti olan uzunmüddətli Ukrayna ordusunun qurulmasıdır”, – Fransa lideri qeyd edib.

İstinadlar Report