Prezident Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib..

“Fransanın əmin – amanlıq və harmoniya içində fəaliyyəti üçün aydın parlament çoxluğuna ehtiyacı var”, – Prezident fransızlara televiziya müraciətində deyib.

“Mən növbədənkənar parlament seçkiləri təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək”, – Makron vurğulayıb.

Beləliklə, Makron lideri olduğu “Renessans” Partiyasının Avropa Parlamentinə (AP) seçkilərdə ağır məğlubiyyətini etiraf edib. Qeyd edək ki, ilk nəticələrə görə Makronun partiyası cəmi 15% səs ala bildiyi halda fransız ekstremist partiyalar 32%-ə yaxın seçicinin səsini əldə edib.