
Fransa Prezidenti Emmanuel Makron atəşkəs razılaşmasının müddətini əsas gətirərək İsraili qoşunlarının Livandan çıxarılmasını sürətləndirməyə çağırıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Livanın yeni Prezidenti, seçilməzdən əvvəl Livan Silahlı Qüvvələrinin komandiri vəzifəsini icra etmiş Cozef Aun ilə birlikdə mətbuat konfransında çıxış edən Makron “Biz İsrail ordusunun tamamilə o ərazilərdən çıxmasını istəyirik” deyib.
O, həmçinin Livan silahlı qüvvələrinin gücünün artırılmasının vacibliyini də qeyd edib.
“Biz Livan Silahlı Qüvvələrinin gücünün artırılmasını dəstəkləyirik. Livan Silahlı Qüvvələri Livanın suverenliyinin özülüdür”, – o söyləyib.