Fransa Prezidenti Emmanuel Makron daha əvvəl HƏMAS tərəfindən girov götürülmüş üç fransız azyaşlının azad edildiyini təsdiqləyib.

Dövlət başçısının sözlərinə görə, HƏMAS 12-16 yaşlı üç fransız yeniyetməni azad edib. Makron vurğulayıb ki, Paris 7 oktyabrda HƏMAS-ın İsrailə hücumu zamanı ələ keçirilən bütün girovları axtarmağa davam edir.

Bundan əvvəl Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd əl-Ənsari İsrailin 33 fələstinli girovun azad edəcəyini bildirib.

İstinadlar Report