“Fransa Ermənistan və Azərbaycan arasında dialoqun bərpa olunmasına töhfə verməyə hazırdır”.

Bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistanın Müstəqillik Günü münasibətilə ölkənin Prezidenti Armen Sarkisyana ünvanladığı təbrik məktubunda yazıb.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi altında İrəvan və Bakı arasında dialoqun bərpa olunmasına töhfə verməyə hazırdır”, – deyə məktubda qeyd olunub.

E. Makron, həmçinin vurğulayıb ki, Fransa regionda sülhün bərqərar olmasında öz rolunu oynamaq niyyətindədir.