“Artıq Avropa qitəsində sülh yoxdur”.

Bunu Fransa Prezidenti Emmanuel Makron tviter səhifəsində yazıb.

“Bu, 2022-ci il fevralın 24-dən etibarən belədir. Müharibə seçimini Rusiya etdi. Biz müttəfiqlərlə Madriddə görüşərkən də bunu qeyd etdik. Fransa tezliklə Ukraynaya lazımi sayda zirehli texnika, o cümlədən 6 “Sezar” artilleriya sistemi göndərəcək. Fransa, bütün avropalı tərəfdaşlar Ukraynada olacaqlar”, – o bildirib.