“Rumıniya Azərbaycan üçün mühüm tərəfdaşdır”.

Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O vurğulayıb ki, iki ölkə arasında münasibətlər beynəlxalq hüququn əsas prinsipləri nəzərə alınmaqla etimada əsaslanır.

Onun sözlərinə görə, Azərbaycanla Rumıniya enerji sahəsindən tutmuş mədəniyyət sahəsinədək geniş spektrdə əməkdaşlıq edir: “Azərbaycan Rumıniya ilə ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır”.

İstinadlar Report