Fələstin Prezidenti Mahmud Abbas ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla Səudiyyə Ərəbistanının iştirakı ilə İsraillə sülhə nail olunmasını müzakirə edib.
O, bunu “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.
“Səudiyyə Ərəbistanı, ABŞ, Misir, İordaniya və Qətər həll yolunun tapılmasında maraqlıdır. Amerikalılar Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərini normallaşmasını istəyirlər, lakin baş nazir Benyamin Netanyahu Fələstin dövlətini tanımayana qədər Ər-Riyad İsraillə münasibətləri normallaşdırmayacaq. Trampla telefon danışığı zamanı Səudiyyə Ərəbistanının iştirakı ilə müharibənin başa çatması və sülhə nail olunması mövzusunu müzakirə etdik”, – M.Abbas bildirib.
O, Fələstin Milli Administrasiyasının Qəzza zolağına nəzarəti öz üzərinə götürməyə hazır olduğunu deyib.