Xəbər verdiyimiz kimi, ötən gün gecə saatlarında Bakıda keçirilən əməliyyat zamanı həlak olan polis əməkdaşı Mahir Mayıl oğlu Ağayevin nişan məclisindən foto yayılıb. Məlum olub ki, mərhum polisin nişanlısı Mahirə Hüseynova Bakının orta məktəblərinin birində müəllim çalışır.

Bu barədə məlumat M. Hüseynovanın çalışdığı Bakı şəhəri Hatəm İskəndərov adına 206 saylı orta məktəbin feysbuk səhifəsində paylaşılıb.

Xatırladaq ki, M. Ağayevinin atasının sözlərinə görə, onlar bir il imiş ki, nişanlı imişlər. Yaxın günlərdə toyları olacaqmış.

İstinadlar Qafqazinfo