Mahaçqala meri Musa Musayev həbs edilib

Bu gün Mahaçqalanın Sovetsk rayon Məhkəməsi ittihamın elan olunmasına qədər M. Musayevin 10 sutka həbs edilməsi barədə qərar verib.
M.Musayevə qarşı ittiham irəli sürülərsə, həbs müddəti 2 aya qədər artırılacaq.
Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsi M. Musayevin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 800 milyon manat ziyan vurulması barədə şübhə olduğunu açıqlayıb.