Mahaçqalada tələbə yataqxanasında baş verən yanğın nəticəsində 200-dən çox insan təxliyə edilib.
“Mahaçqalada Rəsul Həmzətov adına Dağıstan Dövlət Pedaqoji Universitetinin yataqxanasında yanğın barədə məlumat daxil olub. Rusiya FHN-in əməkdaşları tərəfindən 220 nəfər təxliyə edilib. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb”, – məlumatda qeyd olunub.