Mahaçqalada bazarda baş verən yanğın nəticəsində 33 nəfər xəsarət alıb

Bu barədə Dağıstan Səhiyyə nazirliyinin nümayəndəsi Zalina Murtuzəliyeva bildirib.
Onun sözlərinə görə, tüstüdən zəhərlənən 3 nəfər xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir. 30 nəfər ambulator tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Yanğının səbəbləri araşdırılır.