Rusiyanın Dağıstan Respublikasının Mahaçqala və Kaspiysk şəhərlərində antiterror əməliyyatı rejimi tətbiq edilib.

Bu barədə “İnterfaks”a Federal Təhlükəsizlik Xidmətinin (FTX) Dağıstandakı operativ qərargahından məlumat verilib.

Antiterror əməliyyatı rejimi Mahaçqalanın Leninski, Sovetski rayonlarında və Kaspiysk şəhəri daxilində saat 5:35-dən etibarən qüvvədədir. Onun tətbiq edilməsinin səbəbləri qeyd edilmir.

“Dağıstandakı operativ qərargah respublikanın bütün sakinlərinə müraciət edərək sayıqlığı artırmaq və ekstremizm və terrorizmlə mübarizədə problemlərin həllində hüquq-mühafizə orqanlarına hərtərəfli dəstək göstərmək xahişi ilə müraciət edir”, – FTX nümayəndəsi bildirib.

İstinadlar Report