Milli Antiterror Komitəsi (MAK) Mahaçqala və Dərbənddə antiterror əməliyyatının başa çatdığını elan edib.

Bu barədə “Kommersant” məlumat yayıb.

MAK bütün hücum edənlərin məhv edildiyini təsdiqləyib.

“Vətəndaşların həyat və sağlamlığına təhlükənin aradan qaldırılması ilə əlaqədar saat 08:15-də Dağıstan Respublikasının Mahaçqala və Dərbənd inzibati sərhədləri daxilində keçirilən antiterror əməliyyatının hüquqi rejimi ləğv edilib”, – departamentin mətbuat xidmətindən bildirilib.

Hadisə zamanı azı 15 polis əməkdaşı, 1 keşiş, 1 kilsə mühafizəçisi və daha 3 naməlum şəxs öldürülüb.

Daha 44 nəfərin yaralandığı qeyd olunur.