Nikolas Maduronun Venesuela Prezidenti vəzifəsinə yenidən seçilməsinə qarşı etiraz aksiyları zamanı 2 minə yaxın insan həbs edilib.

Bu barədə dövlət başçısı şənbə günü Karakasda keçirilən mitinqdə tərəfdarlarına məlumat verib.

O bildirib ki, 2014 və 2017-ci illərdəki iğtişaşlardan fərqli olaraq, bu iğtişaşlar uzun sürməyəcək, Maduro günahkarların hamısına “maksimum cəza” vəd edib.

“Bu dəfə heç bir bağışlanma olmayacaq”, – o deyib.

İstinadlar Report