Venesuela turizm potensialını inkişaf etdirmək və milli məhsullarını dünya bazarlarına çıxarmaq niyyətindədir.

Bunu Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi günü Karakasda “Ölkənin markası: Venesuela” proqramının təqdimatında deyib.

“Biz Venesuelanın sülh və inkişafı üçün əlimizdən gələni edəcəyik ki, ölkəmizi daha yaxşı bir gələcək ilə təmin edək”, – deyə o bildirib.

Maduro xarici valyutanın ölkəyə daxil olmasını artırmaq məqsədilə ixrac edilən məhsulların çeşidini və miqdarını artırmağın zəruriliyini qeyd edib.

O bu proqramın təqdim edilməsinin ölkənin beynəlxalq arenada təzyiqlərə məruz qaldığı zaman xüsusilə vacib olduğunu deyib.

İstinadlar Report