Venesuela hökuməti siyasi rəqiblərlə dialoqu davam etdirməyə hazırdır.

Bu barədə bazar ertəsi Venesuela prezidenti Nikolas Maduro müxalifətin bir hissəsi ilə müqavilə imzaladıqdan sonra deyib.

“Biz venesuelalılara sülh naminə dialoq üçün bütün qapıları açıq saxlamağa davam edəcəyik” deyə o, “Twitter”də yazıb.

Maduro həmçinin, sazişlərin imzalanmasını alqışlayıb və onları “dinc yaşamağa doğru bir addım” adlandırıb.

İstinadlar Report