Müxalifət rəhbərliyinin ABŞ Beynəlxalq İnkişaf Agentliyindən (USAID) aldığı 5 milyard dollar oğurlanıb və ölkədə vəziyyəti qarışdırmaq üçün istifadə edilib.

Bunu Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Television” telekanalına müsahibəsində bildirib.

“USAID qalmaqalının göstərdiyi kimi, Venesuelaya qarşı sövdələşmələrə son qoyulmalıdır”, – Maduro deyib. O qeyd edib ki, “Xuan Quaydo Amerika agentliyindən 5 milyard dollardan çox vəsait alıb, bu pullar oğurlanıb” və Venesuelada vəziyyəti qarışdırmaq üçün istifadə edilib.

Prezident vurğulayıb ki, “Quaydonu respublikanın prezidenti hesab edən müxalifətçilərin ailələri maddi dəstəkdən məhrum edilib”. O həmçinin söyləyib ki, venesuelalı “analar, həkimlər, müəllimlər bir dollar belə almayıblar”.

İstinadlar Report