Madaqaskarın paytaxtında yaranmış izdiham zamanı azı 15 nəfər həlak olub.

Məlumata görə, hadisə zamanı daha 75 nəfər yaralanıb.

Çərşənbə günü Madaqaskarda Müstəqillik Günü qeyd edilib. Antananarivuda minlərlə insan pulsuz əyləncə tədbirlərinim keçirildiyi “Maxamasina” stadionuna toplaşıb.

Izdiham iştirakçıların stadiona mümkün qədər tez yerləşməyə çalışmaları səbəbindən baş verib.

İstinadlar Report