“Macarıstan 2010-cu ildə çox mühüm bir qərar qəbul etdi. Biz strateji tərəfdaşları harada tapa biləcəyimizi müəyyən etmək üçün dünyaya nəzər saldıq. Biz təkcə maliyyə maraqları deyil, daha möhkəm dostluq axtarışındaydıq. Çünki NATO, Avropa İttifaqı-bunlar gözəl şeylərdir. Amma onlar artıq o gözəlliyini itirib”.

Bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi naharda söyləyib.

Baş nazir 2010-cu ildə Azərbaycana tərəf getmək qərarına gəldiklərini bildirərək deyib ki, Prezident İlham Əliyevlə və birinci xanımla dostluğu məhz o vaxta təsadüf edir.