“Əgər Respublikaçı Donald Tramp ABŞ prezidenti olsa və sülh danışıqları naminə Ukraynanı dəstəkləməkdən imtina edərsə, o zaman Avropa Ukrayna münaqişəsinin yükünü tək daşıya bilməyəcək və o, sülh yolu tutmalı olacaq”.
Bunu Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”un efirində deyib.
O xatırladıb ki, Avropa Siyasi Birliyinin sammiti noyabrın 7-də Budapeştdə baş tutacaq:
“Bu tədbirdə biz Avropanın düşdüyü vəziyyəti dəyişməyə çalışmalıyıq. Çünki indi onun yeri küncdədir, taburedə oturur, amerikalılar və ruslar isə taxtlarda oturub söhbət edirlər. Əgər ABŞ-da hakimiyyətə sülh tərəfdarı gəlsə, o zaman Avropa müharibə siyasətini davam etdirə bilməyəcək.