“Avropa İttifaqının hazırkı rəhbərliyi vəzifəsindən uzaqlaşdırılmalıdır, əks halda Macarıstan və bütün birlik bunun əvəzini ağır ödəyəcək”.

Bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O, Aİ-nin hazırkı rəhbərliyini kəskin tənqid edib: “Avropa iqtisadiyyatı tənəzzüldədir, ona görə də yaşıl keçid fəlakətdir, Ukrayna taxılı avropalı fermerləri məhv edir, miqrantlar sərhədləri aşır, cinayətlər və zorakılıq halları artır, onlar (Aİ-nin hazırkı rəhbərliyi – Qeyd) böyüdəcəkləri uşaqları gender fəallarına təhvil vermək istəyirlər.

Biz nə edə bilərik? Əvvəla, açıq deyək: əgər sizə verilən mandat müddətində zəif çıxış etmisinizsə, seçicilərinizə problem yaratmısınızsa, onlar sizdən heç nə gözləmirlərsə, onda siz ancaq bir şey edə bilərsiniz: əşyalarınızı götürün və gedin. Brüssel rəhbərliyi getməlidir.

İstinadlar Report