Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya Baş nazirinin müavini Aleksandr Novakla enerji məsələləri ilə bağlı telefon danışığı apardığını bildirib.

“Bu gün Rusiya hökuməti sədrinin enerji üzrə müavini Aleksandr Novakla telefonla regional enerji problemlərini müzakirə etdik”, – Siyarto feysbuk sosial şəbəkəsində yazıb.

Siyarto qeyd edib ki, Ukrayna ərazisindən qaz tranzitinin dayandırılması nəticəsində Mərkəzi Avropanın bir sıra ölkələrində problemlər yaranıb. Lakin Macarıstan XİN rəhbəri vurğulayıb ki, son illər Budapeşt enerji təchizatlarını təhlükəsizliyi üçün addımlar atıb.

İstinadlar Report