
“Ukraynaya qoşun göndərmək Şimali Atlantika Müqaviləsi Təşkilatının qərarını pozacaq”.
Bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto “Kossuth” radiostansiyasının efirində bildirib
“İki il əvvəl NATO-ya üzv ölkələr qərara gəldilər ki, təşkilat müharibə edən tərəf deyil və qurumla Rusiya arasında münaqişənin qarşısını almaq üçün hər şey edilməlidir. Qoşunların göndərilməsindən danışan Qərb siyasətçiləri NATO-nun bu qərarını pozurlar”, – Siyarto vurğulayıb.