“Macarıstan və Vatikan Ukraynadakı münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olmaqda davam edir və bunun üçün öz vasitəçilik xidmətlərini təklif etməyə hazırdırlar, baxmayaraq ki, bu mövqe hazırda bir sıra aparıcı ölkələr tərəfindən dəstəklənmir”.

Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Müqəddəs Taxt-Tacın xarici işlər üzrə dövlət katibi arxiyepiskop Pol Riçard Qallager ilə görüşü zamanı bəyan edib.

“Təəssüflər olsun ki, beynəlxalq siyasətdə müharibə ritorikasının hökm sürdüyünü, bir çox hallarda sülh tərəfdarı olanların tənqid və qınandığını, onlara damğa vurmağa çalışıldığını görürük. Amma bu, bizə mane olmamalıdır.

İstinadlar Report