Macarıstan və Çexiya Polşa ilə Belarus arasındakı sərhədə öz hərbçilərini göndərməyi planlaşdırır.
Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak dekabrın 3-də jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda Polşa hərbçilərinin dəstəklənməsi ilə bağlı Çexiya və Macarıstanın hərbi səlahiyyətliləri ilə danışıqlar aparılır”, – nazir vurğulayıb.